× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
"ABAD" işğaldan azad edilən ərazilər üzrə yeni layihələrdə iştirak edir
09.12.2020
"ABAD" işğaldan azad edilən ərazilər üzrə yeni layihələrdə iştirak edir
“ABAD” publik hüquqi şəxs və AQTA işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verib.

Layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasından ibarətdir.

İnşa ediləcək yeni heyvan kəsimi məntəqələrində zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazilərdə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin qısa zamanda təşkil olunması da təmin ediləcək.

Həmin ərazilərdə yeni heyvan kəsimi məntəqələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) vəsaiti hesabına yaradılacaqdır. Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcək.

İlkin olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin qurulması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilmiş, heyvan kəsimi məntəqəsinin tikiləcəyi ərazi müəyyənləşdirilmişdir. Yeni heyvan kəsimi məntəqələrində AQTİ tərəfindən laboratoriyalar qurulacaq, kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti təmin olunacaq.
ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar