Sosial-iqtisadi layihə olan “ABAD” publik hüquqi şəxs cəmiyyətə öz töhfələrini verməkdə davam edir. Bu il cərəyan edən COVID-19 pandemiyasından zərər çəkənlərə, Silahlı Qüvvələrə Yardım Fonduna müvafiq yardımlar göstərilib. “ABAD” publik hüquqi şəxs Vətən müharibəsi zamanı şəhid olan əsgər və zabitlərin ailələrinə, qazilərə yardımı isə “YAŞAT” Fondu vasitəsilə həyata keçirəcək.
“ABAD” publik hüquqi şəxs də bu dəstəyə qoşularaq 2020-ci il dekabrın 7-dən satışa çıxarılan, şəhidlərin anım simvoluna çevrilmiş, gümüşdən hazırlanan Xarıbülbül yaxalıqlarının satışından əldə edilən vəsaitin bir qismini “YAŞAT” Fonduna köçürülməsi barədə qərar qəbul edib.
“YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fond ölkə ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış bir platformadır.