“ABAD” publik hüquqi şəxsi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Azərbaycan Məzunları Assosiasiyasının fəaliyyəti çərçivəsində 2020-ci il üçün elan etdiyi “Kiçik Qrant Layihələri” müsabiqəsində mini qranta layiq görüldü.
“ABAD” publik hüquqi şəxs müsabiqədə “Quba ABAD Factory” İstehsalat kompleksi üçün tarix kodu çap maşının satınalınması” layihəsi ilə çıxış edərək qalib gələn dörd layihədən biri seçildi.
Qrantda qazanılmış BT Mark M-824 markalı printer Quba “ABAD Factory” İstehsalat Kompleksinə göndərilib. Bu cihaz vasitəsi ilə məhsul qablaşdırması zamanı əl əməyini minimuma endirməklə prosess daha səmərəli, məhsulların üzərində istehsal və son istifadə tarixlərinin qeyd olunduğu stikerlər isə daha keyfiyyətli, davamlı və oxunaqlı olmaqla yanaşı, məhsulun bazarda rəqabətqabililiyyətliyinə də öz töhfəsini verəcəkdir.