× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
"ABAD" publik hüquqi şəxsin 2020-ci il hesabatı
01.02.2021
"ABAD" publik hüquqi şəxsin 2020-ci il hesabatı

“ABAD” publik hüquqi şəxs 2020-ci il ərzində də öz fəaliyyətini davam etdirdi. 2020-ci ildə COVİD_19 pandemiyası ilə əlaqəli bizim ölkədə xüsusi karantin rejimi 9 ay davam edib. Mövcud vəziyyətlə bağlı vətəndaşların qəbulu olmadığına baxmayaraq “ABADçı”ların sayı il ərzində 53 ailə artaraq 474-ə çatıb.

Cari ildə satış mərkəzlərinin sayında artım olub. Belə ki, "Paşa Holdinq"in dəstəyi ilə 14 yeni “ABAD” stendi “Bravo 28 Mall”, “Bravo Dəniz Mall”, “Bravo Şokolad Tower”,  “Grandmart Altes Plaza”, “Grandmart Aff Mall”, “Grandmart AFF Business”, “Grandmart Odlar Yurdu”, “Bolmart Təzə Bazar”, “Bolmart 9 mirkrorayon” və s. açılaraq sayları 19-a çatıb.

Regional mərkəzlərin də sayında dəyişiklik olub. “ABAD” Tovuz regional mərkəzinin açılışı ilə ölkədə fəaliyyət göstərən “ABAD” regional mərkəzlərinin sayı 6-ya çatıb.

2020-ci il ərzində daha bir “ABAD Factory” İstehsalat Kompleksinin açılışı baş tutub. Sayca ikinci olan Tovuz “ABAD Factory” İstehsalat Kompleksi Bitkilərin Emalı və Qurudulması üzrə istiqamətlənib.

Həmçinin “ABAD” Məktəblərinin də sayı çoxalıb. İkinci "ABAD" Məktəb Tovuz "ASAN Həyat" kompleksi nəzdində açılıb.

Çox sevindirici hallardan biri də odur ki, qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. 3 növ təbii yağ (fındıq, qoz, küncüt), 7 növ ədviyyat, 5 növ dolma, müxtəlif xəmir polufabrikatları, gavalı qurusu, müxtəlif un və şirniyyatlar: Çak-Çak və Şəki halvası "ABAD" qida assortimentinə daxil edilib. 

İl ərzində “ABAD” publik hüquqi şəxs Niyyət Protokolu imzalayıb. Niyyət Protokolu “ABAD” publik hüquqi şəxs, Azərbaycan Beynəlxalq Bankı və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Sahibkarlığın inkişafının dəstəklənməsi və bu çərçivədə sahibkarlıq subyektlərinin özinvestisiya layihələrini reallaşdırmaq məqsədi ilə imzalanıb.

“ABAD”ın il ərzində qatıldığı maraqlı layihələrdən "Dönər biznesinin sağlamlaşdırılması" və "İşğaldan azad olunmuş ərazilərdə müasir tələblərə uyğun heyvan kəsimi" kimi layihələri qeyd edə bilərik. 

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar