08 aprel 2021-ci il tarixində Özbəkistan Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Uluqbek Muxammadiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə yaxından tanış olub. “ABAD”ın direktoru Rüfət Elçiyev qonaqları qarşılayaraq onlara “ABAD”ın fəaliyyəti, məqsədləri, töhfələri və perspektivləri haqqında geniş məlumat verib.
Görüş zamanı nümayəndə heyəti “ABAD”çıların əl işləri və istehsal etdikləri qida məhsulları ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən “ABAD” etno-butiki vasitəsi ilə tanış olublar.
Özbəkistanlı qonaqlar “ABAD”ın ölkədəki kiçik və orta sahibkarlığın inkişafındakı müstəsna əhəmiyyətini vurğulamış və gələcək əməkdaşlıq, təcrübə mübadiləsi istiqamətlərin təşfiqi üzrə işlərin aparılmasına start verib.