× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib
17.04.2021
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib

Aprelin 17-də "ABAD" PHŞ və AQTA-nın birgə layihəsi olan Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına başlanılıb.

Yeni qurulacaq heyvan kəsimi məntəqəsi işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. İnşasına başlanan yeni heyvan kəsimi məntəqəsi zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.  

Qeyd edək ki, müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin yaradılması ilə bağlı əvvəlcədən müvafiq qurumlarla birgə təşkilati işlər həyata keçirilmiş, xidmətin daha effektiv təşkili üçün zəruri amillər nəzərə alınıb. Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxsi də müasir heyvan kəsimi məntəqəsinin gələcək fəaliyyətində cəlb olunacaq iştirakçıların seçimini təşkil edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcəkdir. AQTİ laboratoriyalarının da fəaliyyət göstərəcəyi müasir heyvan kəsimi məntəqəsində kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti həyata keçiriləcəkdir.

Qeyd edək ki, Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərəcək yeni kəsim məntəqəsi yerli sahibkarlara peşəkar dəstəyin göstərilməsi və müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradacaqdır. Məntəqədə fəaliyyət göstərəcək sahibkarların, eləcə də işə cəlb ediləcək işçi heyətin təlimləri Agentliyin əvvəl icra etdiyi layihələrdən əldə olunan təcrübə əsasında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar