Aprelin 22-də İsrail Dövlətinin missiya rəhbərinin müavini,
Müvəqqəti İşlər Vəkili cənab Doron Pe'er Quba rayonuna səfəri baş tutdu. Səfər çərçivəsində
cənab Doron Pe'er Quba “ABAD Factory”nin
fəaliyyəti ilə yaxından tanış olub.
Müvəqqəti İşlər Vəkilinə çatdırılıb ki, “Quba ABAD Factory”
İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində
istifadəyə verilib. Ancaq uzun illər istismar olunması nəticəsində yararsız vəziyyətə
düşüb. Daha sonra isə ikimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən
“Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və
müasir avadanlıq quraşdırılıb. Nəticədə ən müasir formada təmirli bina
yaradılıb, eyni zamanda ən müasir avadanlıqlar yerləşdirilib.
İkimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan
müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət
göstərir. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.