27 may 2021-ci il tarixində Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində"ABAD" publik hüquqi şəxsi və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Məşğulluq Agentliyinin rəhbərliyi arasında rəsmi görüş keçirilib.
Görüş zamanı hər iki qurum son nailiyyətləri və hədəfləri haqqında
söz açıb.
Bundan sonra qurumlar arasında birgə keçirilə biləcək özünüməşğulluq
proqramına uyğun olan məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və
digər aktiv məşğulluq tədbirləri çərçivəsində mümkün əməkdaşlığın istiqamətləri
müzakirə edilib.