“ABAD” məhsulları "Russia Halal Expo 2021" sərgisində təqdim olundu.
Milli stendimizdə həmçinin təbii “ABAD” məhsulları da nümayiş etdirildi. Belə ki, “ABAD”çılar tərəfindən qeyri-sənaye yolu ilə istehsal edilən ədviyyat, un və ləvəngi kimi məhsullar sərgi ziyarətçilərinin marağına səbəb oldu.
Qeyd edək ki, “Russia Halal Expo 2021” Sərgisi 12-ci “Rusiya – İslam dünyası: Kazan Sammit 2021” Beynəlxalq İqtisadi Sammiti çərçivəsində təşkil olunub. Sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.