× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“ABAD” qida məhsulları artıq Qazaxıstanda
13.08.2021
“ABAD” qida məhsulları artıq Qazaxıstanda

“ABAD” qida məhsulları artıq Qazaxıstanda

“ABAD” publik hüquqi şəxs tərəfindən dəstək alan sahibkarların istehsal etdiyi təbii qida məhsulları Turan Özbahçeci Group layihəsi olan “IMEX Trading” şirkətinin vasitəçiliyi ilə Qazaxıstana ixrac edilməyə başlayıb.  İlk öncə məhsullar Qazaxıstanın Aktau şəhərində Grandmart supermarketlər şəbəkəsinin cari ilin aprel ayında açılmış filialında təqdim olunmağa başlayıb.

Aktauda fəaliyyət göstərən yeni filialda “ABAD”dan dəstək alan sahibkarların hazırladığı müxtəlif mürrəbbələr - badımcan, qarpız, heyva, qoz, zoğal və s., “ABAD”çı Məmmədlilər ailə təsərrüfatının badımcan kürüsü, Nəcəfovlar ailəsinin tərəvəz konservaları, Səbzəliyevlər ailəsinin küncüt yağı və kokos unu, İsmayılovlar ailəsinin “Xəmsə” çayları, Həsənovlar ailəsinin “Narlı” sousları, Paşayevlər ailəsinin qarabaşaq və düyü unları kimi məhsullar təqdim olunur. Yaxın zamanda digər “ABAD”çı-sahibkarların da məhsullarının ixracı gözlənilir. 

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “İdeyadan rəflərə”dək verilən dəstək əsnasında iki istiqamətdə olan - dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı - “ABAD”çı məhsulları müvafiq olaraq “ABAD” etno-butikləri və müxtəlif marketlər şəbəkələrində yerləşən “ABAD” stendlərində satışa çıxarılır.
ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar