Argentina Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Quba “ABAD Factory”nin qonağı oldu
16.09.202116 sentyabr 2021-ci il tarixində Argentina Respublikasının
ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Serxio Osvaldo Perez Qunella
Quba rayonuna səfəri çərçivəsində Quba “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti
ilə yaxından tanış olub.
Cənab səfirin nəzərinə çatdırılıb ki, “Quba ABAD Factory”
İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində
istifadəyə verilib. Ancaq uzun illər istismar olunması nəticəsində yararsız vəziyyətə
düşüb. Daha sonra isə ikimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən
“Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və
müasir avadanlıq quraşdırılıb. Nəticədə ən müasir formada təmirli bina
yaradılıb, eyni zamanda ən müasir avadanlıqlar yerləşdirilib.
İkimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
Sonda Quba "ABAD Factory" rəhbərliyi tərəfindən Fövqəladə və Səlahiyyətli Səfir cənab Serxio Osvaldo Perez Qunellaya kompleksdə istehsal olunan qida məhsullarından ibarət hədiyyə verildi.