“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı
ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.
Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini altı regional mərkəz,
10 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində
təşkil edilmiş 24 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri,
iki “ABAD Factory” və iki "ABAD" Məktəb vasitəsilə həyata keçirib.
“ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı
ailə ilə başlayıb və bu günə kimi 487 ailəyə dəstək göstərib, hazırda onlardan
420-si (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq
davam etdirilir. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində
onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları
satışa çıxarılıb.
Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların
korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib.
Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların
5,3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib.
Yaxın persprektivdə "PAŞA Holding"in dəstəyi ilə
Quba “ABAD Factory” Qablaşdırma Vasitələrinin İstehsalı Müəssisəsinin fəaliyyətə
başlaması, həmçinin dəstək istiqamətlərinin və “ABAD”çıların sayının
artırılması nəzərdə tutulur.