× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
Struktur: Rüfət Elçiyev
Rüfət Elçiyev
Rüfət Elçiyev (28 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin direktoru.
Həyatı

Rüfət Vaqif oğlu Elçiyev 28 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə, Bakı Türk Anadolu Liseyi və Həbib Bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar Liseydə almış, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr,  2006-2009-cu illərdə həmin fakültədə magistr dərəcəsi üzrə təhsil almışdır.
2005 - 2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
Rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, iki övladı var.

Fəaliyyəti

Rüfət Elçiyev müxtəlif dövrlərdə tibb və tikinti şirkətlərində maliyyə yönümlü vəzifələri icra edib. O, 2005-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində böyük inspektor, Gömrük vergi və yığımları şöbəsinin rəisi və (gömrük xidməti polkovnik-leytenantı rütbəsində) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini vəzifələrinə təyinat alıb. 
Rüfət Elçiyev 2016-cı ilin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışır.

Təltiflər

Rüfət Elçiyev - Azərbaycan Respublikası Prezidentinin 25.01.2011-ci il tarixli 1300 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal;
- ⁠Azərbaycan Respublikası Prezidentinin 27.12.2018-ci il tarixli 860 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı;
- ⁠30.01.2012-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi” yubiley medalı;
- ⁠03.05.2016-ci il tarixində “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif edilmişdir.
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar