× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
Struktur: Vüsal Arzumanlı
Vüsal Arzumanlı
Vüsal Arzumanlı (30 iyul, 1987, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin direktor müavini.
Həyatı

Vüsal Arzumanlı 30 iyul 1987-ci ildə Bakı şəhərində olmuşdur. İlk təhsilini Namiq Axundov adına 1 saylı orta məktəbdə almış, 2004-cü ildə Xəzər Universitetinin “Beynəlxalq hüquq” fakultəsinə qəbul olunmuşdur. Tələbə olduğu müddətdə Amerika Hüquqşünaslar Birliyinin təşəbbüsü ilə həmin universitetin nəzdində yaradılan ”Hüquq klinikasında” köməkçi hüquqşünas kimi könüllü olaraq fəaliyyət göstərmişdir.

2011 - 2012-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

İngilis, rus və türk dillərini bilir. 

Ailəlidir, bir övladı var.

Fəaliyyəti

Vüsal Arzumanlı 2015-ci ildən 2016-cı ilədək “CPC” (Caspian Pipe Coatings) şirkətində BİS üzrə əməliyyatçı vəzifəsində çalışıb. 2016-cı ildə “VETA Group” hüquq şirkətinin həmtəsisçisi olmaqla sözügedən şirkətin Direktoru vəzifəsində çalışıb.

2017-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsdə baş hüquqşunas kimi fəaliyyətə başlayıb.  2018-ci ildə Sənəd dövriyyəsi, hüquq və kadrlar departamentinin müdiri vəzifəsinə təyin edilib. 2021-ci ildən etibarən “ABAD” publik hüquqi şəxsin direktor müavini vəzifəsində fəaliyyətini davam etdirir. 

Ölkədə mikro, kiçik və orta sahibkarlığa dəstək verən bir çox qurum və layihələrin eksperti kimi çıxış edir.

Təltiflər

Vüsal Arzumanlı - 2017-ci ildə “ABAD” publik hüquqi şəxsin direktorunun əmri ilə Fəxri Fərmanla təltif edilib.

    • 2020-ci ildə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri tərəfindən Təşəkkürnamə əldə edib.

Müxtəlif illərdə bir çox təlim və seminarlarda iştirak edərək sertifikatlar qazanıb:

    • “American Bar Association” mövzu: “STREET LAW” Training of Trainers Program

    • “American Bar Association” mövzu: “Avropa İnsan Hüquqları Məhkəməsində İnsan Hüquqlarının Müdafiəsi Mexanizmləri”

    • “Gənc Hüquqşünaslar Birliyi” mövzu: Açıq Məhkəmə proseslərini müşahidə

    • “American Bar Association” mövzu: “İnsan alveri”

    • “American Bar Association” mövzu: “Məhkəmədə Vəkillik Bacarıqları”

    • “American Bar Association” mövzu: “Avropa İnsan Hüquqları Məhkəməsində İnsan Hüquqlarının Müdafiəsi”

    • “American Bar Association” mövzu: “İnzibati icraat”

    • “American Bar Association” mövzu: “Ədalətli  Məhkəmə  Araşdırması  Hüququ”

    • “American Bar Association” mövzu: “Məhkəmə Nəzarəti”

    • “American Bar Association” mövzu: “BMT-yə fərdi şikayətlərin verilməsi və onlara baxılması proseduru”

    • “Avropa Şurasınn Azərbaycandakı Nümayəndəliyi” mövzu: “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi həyata və Ailə həyatına hörmət hüququ)”

    • “Avropa Şurasınn Azərbaycandakı Nümayəndəliyi” mövzu: “Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində mülkiyyət hüququ”

    • “Japan International Cooperation Agency” (JICA) – Yaponiya, Sapporo, mövzu: “Kiçik və orta sahibkarlığın inkişafı və təşviqi”.
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar