ABADçı: Elçin Kərimov | Region: Şəki | Dülgərlik
“ABAD”ın dəstək göstərdiyi Şəki şəhər sakinləri Kərimovlar ailəsi uzun illərdir ki, dülgərlik sənəti ilə məşğul olurlar.
Ailənin üzvü Elçin Kərimovun sözlərinə görə, o, valideynlərindən ona miras qalan bu sənətlə gənc yaşlarından məşğul olmağa başlayıb.
Daha çox mozaika üslubuna üstünlük verən sənətkar taxtadan müxtəlif suvenirlər hazırlayır.
Əvvəllər əl işlərini satışını Şəki şəhərində məhdud şəkildə təşkil edən Elçin Kərimov ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edib.
“ABAD” sənətkarın işinin inkişafı üçün ona dövrün tələblərinə cavab verən, turistlər tərəfindən böyük maraqla qarşılanacaq yeni dizaynlar təqdim edib.
Sənətkarın sözlərinə görə, “ABAD”ın dəstəyi sayəsində o, öz sənətini daha da inkişaf etdirəcək:
“Satışla bağlı çətinliklərin həlli mənə bu peşə ilə daha dərindən məşğul olmağa, onun sirlərini gənclərimizə öyrətməyə yardım etmiş olacaq”.