ABADçı: Diana Yaqubxanova | Region: Bakı | Bəzək əşyaları
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi Bakı şəhər sakini Diana Yaqubxanova 10 ildən çoxdur ki, müxtəlif bəzək əşyaları və bijüteriyalar hazırlayır.
Əvvəllər muncuqdan işlərə üstünlük verən Diana xanım daha sonra “Macrame”, “Soutache”, “Beading” sənət sahələrini öyrənir.
O, hətta yoldaşının dəstəyi ilə misdən zərif, göz oxşayan bəzək əşyaları hazırlayır.
Sosial şəbəkələr vasitəsi əl işlərinin satışını təşkil edən Diana xanım bu gün məhsullarını daha geniş kütləyə tanıtmaq məqsədi ilə “ABAD” publik hüquqi şəxsə müraciət edib.
“ABAD” Diana xanıma yeni əl işləri üçün dizaynlarla bağlı da dəstək göstərib. Hazırda sənətkarın əl işləri ilə “İçərişəhər”də “ABAD” sənətkarlıq mərkəzində tanış olmaq olar.