× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Heyran İmamverdiyeva | Region: Bakı | Bəzək əşyaları
Heyran İmamverdiyeva Heyran İmamverdiyeva Heyran İmamverdiyeva Heyran İmamverdiyeva Heyran İmamverdiyeva Heyran İmamverdiyeva Heyran İmamverdiyeva

1993-cü il təvəllüdlü Heyran İmamverdiyeva Tovuz rayonunda anadan olub. O, ixtisasca əczaçıdır, həmçinin, fortepiano üzrə musiqi məktəbini bitirib.

“Düşünürəm ki, bacarıqların valideynlərimdən gəlir. Atam memardır, gözəl rəsmlər çəkir, şeirlər yazır. Anam isə müəllimədir. Anamın yaxşı əl qabiliyyəti var. Baxmayaraq ki, heç bir dərzilik kursu keçməyib amma gözəl paltarlar tikir. Yadımdadır uşaq vaxtı anam rəngli simlərdən broşlar düzəldirdi. Mənim bacım da şeir yazmağı sevir və özünün şeir kitabı var. Biz məktəbdə oxuyanda natürmort və təbiət mövzusunda rəsm sərgimiz olmuşdu”.

Bir neçə il menecer vəzifəsində çalışan Heyran xanım ailə həyatı qurduqdan sonra işdən çıxmalı olur. Əl işlərinə marağı olduğuna görə bu sahəni daha dərindən öyrənmək qərarına gəlir və kurslara gedir. Öz eskizlərindən ibarət muncuqlardan müxtəlif aksesuarlar hazırlayır. Ətrafında əl işlərini görüb bəyənən hər kəs ona məhsullarını satışa çıxartmağını söyləyirdi.

H.İmamverdiyevanın sözlərinə görə, ilk öncə sosial şəbəkələr üzərindən satışını həyata keçirdirdi. Lakin “ABAD” haqqında məlumat əldə etdikdən sonra satış dəstəyi göstərilməsi üçün müraciət edərək məhsullarını təqdim edir.

ABADçımızın hazırladığı aksesuarları “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar