× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Xəyalə Rəhmanova | Region: Bakı | Tikmə- təkəlduz
Xəyalə Rəhmanova
Bakı şəhəri sakini Xəyalə Rəhmanova bədii tikmə sənəti ilə məşğul olur. Lentlərlə müxtəlif əl işləri, keçədən üzərində milli nağıl və dastan personajlarının əks olunduğu çantalar hazırlayan Xəyalə Rəhmanova 15 ildir ki, özünü dekorativ-tətbiqi xalq sənətkarlığına həsr edib.

“Əvvəlcə hazırlanacaq əl işini təxəyyülümdə canlandırır, daha sonra isə kağız üzərinə köçürürəm. Növbəti mərhələdə hazırladığım təsvirləri parça üzərində toxumağa başlayıram”, - deyə, sənətkar qeyd edir.

Ali təhsilini fərqli istiqamətdə aldığını bildirən Xəyalə Rəhmanova buna baxmayaraq, daim arzularının arxasınca getməyi qarşısına məqsəd qoyub və özünü sənətkarlıq sahəsində axtarıb-tapmağa çalışıb:

“Uşaq yaşlarından rəsm çəkməyə meylli olmuşam. Rəssamlıq Akademiyasına sənədlərimi təqdim etmək istəsəm də, nədənsə bu fikrimdən daşındım. Lakin həyat özü mənim sənətkar kimi formalaşmağıma kömək oldu”.

“ABAD” haqqında məlumat aldıqdan sonra Xəyalə Rəhmanova publik hüquqi şəxslə əməkdaşlıq üçün müraciət edib.

“İndiyədək əl işlərimi sifariş əsasında hazırlayır və satır, sərgi və yarmarkalarda iştirak edirdim. “ABAD”ın sənətkar ailələrinə dəstəyi barədə eşitdikdən sonra müraciət etmək qərarına gəldim”, - deyən sənətkar qeyd edir ki, onu, ilk növbədə gəlir maraqlandırmır.

“Məni yalnız gəlir və satış maraqlandırmır. Öz üzərimdə işləmək, daha da irəli getmək istəyirəm. Düşünürəm ki, “ABAD” bu sahədə qarşımda böyük perspektivlər açır. “ABAD”a qoşulduqdan sonra əl işlərimin hazırlanmasında milli üslublara daha çox yer verirəm”, - deyə, Xəyalə Rəhmanova vurğulayır.

Qeyd edək ki, Xəyalə Rəhmanovanın əl işləri bu gün “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar