ABADçı: Səbirə Qarayeva | Region: Bakı | Tikmə- təkəlduz


ABADçımız Səbirə
Qarayeva Xırdalan şəhərinin sakinidir. Həyatının 22 ilini uşaq bağçasında tərbiəçiliyə
həsr edib. Hələ Sovet dönəmində hakimiyyət tərəfindən Azərbaycanın mədəni irsini
unutdurmaq siyasəti olurkən, Səbirə xanım uşaqların bütün tədbirlərini milli
ab-havada yaşadırdı:
“Uşaqların bütün milli
geyimlərini özüm hazırlayırdım. Baş örtüklərindən, libaslardan başlayaraq bütün
bəzək əşyalarınadək özüm tikib düzəldirdim. Ələlxüsusda Novruz Bayramına
hazırlaşırdım. Artıq Azərbaycan müstəqilliyini qazanandan sonra, Azərbaycanın mədəniyyətini
dünyada təbliğ etməkdə mənim də bir töhfəm olsun deyə milli qurama, milli geyimlər,
araxçınlar və s. hazırlamağını özümə yeni sənət seçdim”.
S. Qarayeva bir çox sənətkarlıq sərgilərində iştirak edir, hətta öz emalatxanasında belə sərgilər təşkil edir. "ABAD”la əməkdaşlığa başladıqdan sonra isə satışlarının daha yüksək səviyyədə olduğunu qeyd edir.
Səbirə xanımın rəngarəng araxçınlarını "ABAD" etno-butiklərindən əldə edə bilərsiniz.