× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: İmran Maliki | Region: Bakı | Zərgərlik
İmran Maliki
Bakı şəhəri sakini İmran Maliki 8 ildir ki, müxtəlif suvenirlər, bəzək əşyaları hazırlayır. Bu sahəyə olan həvəsindən danışan sənətkar qeyd edir ki, zərgərlik sənətini ailəsindən öyrənib.

O, bəzək üçün sırğalar, saç aksessuarları, boyunbağıların hazırlanmasında şəbəkə texnikasına üstünlük verir:

“Tarixi üslubda əl işlərinə daha çox diqqət ayırıram. İstəyirəm ki, hazırladığım əl işləri həm də xalqımızın zəngin mədəniyyətini özündə əks etdirsin”.

İmran Maliki əl işlərini şəxsi emalatxanasında hazırlayır. Əsasən sifarişlə işləyən sənətkarın “ABAD”a müraciət etməsində əsas məqsədi ailə biznesini inkişaf etdirməkdir:

“ABAD”ın dəstəyi sayəsndə məhsul çeşidlərimi genişləndirmək, daha çox tanınmaq, sərgilərdə iştirak etmək istəyirəm”.

Qeyd edək ki, İmran Malikinin nəfis əl işləri ilə “ABAD” sənətkarlıq mərkəzlərində tanış olmaq mümkündür.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar