× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Xalid Sultanov | Region: Lənkəran | Süd məhsulları
Xalid Sultanov

Lənkəran şəhəri sakinləri Sultanovlar ailəsi süd məhsullarının istehsalı üzrə fəaliyyət göstərirlər. Həyətyani sahəsində qurduqları və qanunvericiliyin tələblərinə cavab verən kiçik süd məhsuları emalı sexlərində nehrə yağı, bir neçə növ pendir, şor, süzmə, qatıq, qaymaq və s. kimi təbii məhsullar istehsal edirlər.

Xalid Sultanovun dediyinə görə, o bu işi Azərbaycanda süd məhsulları istehsal edən ən iri şirkətlərin birində uzun illər mütəxəssis kimi çalışdığı zaman öyrənib:

“İri zavodda işləyərkən ən çox pendir işini bəyənirdim. Sonra özümüz, ailəmiz üçün ilk növbədə eksperimental bir istehsalat qurdum. Məhsullarımızı öncə özümüz istehlak edir, daha sonra qohum-tanışlara da təklif etdik. Beləliklə, pendirimiz haqqında səs-səda yavaş-yavaş dövriyyə yığmağa başladı.”

İşlərini daha da təkmilləşdirmək naminə Sultanovlar ailəsi daha müasir avadanlıqlarla standartlara uyğun bir emal sexi qurdular. Və məshul çeşidini də artırdılar:

“Məhsullarımızı Cənub regionunun bir çox iaşə obyektlərinə, satış məntəqələrinə və individual sifarişçilərə təqdim edirik. Daim keyfiyyət və təbiiliyi qorumaq üzərində də çalışırıq. Lakin məhsullarımızın bir vahid brendi yox idi və brendin daha böyük bazarlara çıxışı üçün mövcudluğunu gözəl anlayırdıq.”

Məhsulların TŞ (texniki şərtlərə) tam uyğun olması, iri marketlər şəbəkəsində satışların təşkili və ümumiyyətlə işlərin yeni mərhələyə qədəm vurması üçün Sultanovlar ailəsi “ABAD”a müraciət etdi. Onların artıq “Sultan süd” brendi altında məhsulları bütün iri marketlər şəbəkəsində satışdadır. 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar