× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Nəzər Əliyev | Region: İsmayıllı | Misgərlik və Döymə
Nəzər Əliyev Nəzər Əliyev Nəzər Əliyev Nəzər Əliyev
İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın misgərlik paytaxtı hesab olunur. Qədim misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların yaşadığı bu qəsəbədə fəaliyyət göstərən adlı-sanlı sənətkarlardan biri də Nəzər Əliyevdir.

Nəzər usta Lahıcın mərkəzi küçəsindəki emalatxanasında Bakıdan aldığı xammal ilə müxtəlif mis məmulatlar hazırlayır.

O, qədim əl işlərini daim araşdırır, onların bəzənməsində istifadə olunan milli ornamentləri müəyyənləşdirib, hazırladığı əl işlərində istifadə edir.

Onun əl işləri Lahıc qəsəbəsinə səfər edən turistlər tərəfindən böyük maraqla qarşılanır və alınır.

Lakin turist səfərlərinin mövsümi xarakter daşıması Nəzər ustanın ailə biznesinin də mövsümi xarakter almasına səbəb olub.

Bu sahədə fəaliyyətini genişləndirmək və il boyu əl işlərinin hazırlanması ilə məşğul olub daha çox qazanc götürmək məqsədilə Nəzər Əliyev “ABAD”a müraciət edib.

Hər bir Lahıc sakininin sənətkarlıq qabiliyyətinə malik olduğunu bildirən Nəzər usta qeyd edir:

“6 yaşımdan etibarən babam, atam və əmim ilə birlikdə şəxsi emalatxanamızda birgə işləyərək misgərlik sənətini öyrənməyə başladım. Lahıc qəsəbəsinə xas olan bir çox sənətkarlıq sahəsi üzrə təcrübəm var. Hətta anamın toxucu olduğuna əsaslanaraq, onunla birgə xalça da toxumuşam”.

Qeyd edək ki, Nəzər ustanın əl işləri indiyədək bir çox sərgilərdə nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb.

O, bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

Onun ən uğurlu əl işlərindən biri isə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş nar festivalında sərgilənən mis nar olub.

Nəzər Əliyevin əl işləri həmçinin “ABAD” sənətkarlıq mərkəzlərində də təqdim olunur.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar