× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD

News

"ABAD" işğaldan azad edilən ərazilər üzrə yeni layihələrdə iştirak edir

“ABAD” publik hüquqi şəxs və AQTA işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verib.Layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasından ibarətdir.İnşa ediləcək yeni heyvan kəsimi məntəqələrində zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazilərdə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin qısa zamanda təşkil olunması da təmin ediləcək.Həmin ərazilərdə yeni heyvan kəsimi məntəqələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) vəsaiti hesabına yaradılacaqdır. Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcək.İlkin olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin qurulması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilmiş, heyvan kəsimi məntəqəsinin tikiləcəyi ərazi müəyyənləşdirilmişdir. Yeni heyvan kəsimi məntəqələrində AQTİ tərəfindən laboratoriyalar qurulacaq, kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti təmin olunacaq.


“ABAD” etno-butikinin yenilənmiş interyeri təqdim olundu

Noyabrın 16-da 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin nəzdində fəaliyyət göstərən “ABAD” etno-butikinin yenilənmiş interyeri təqdim olunub.Butikdə Azərbaycan mədəniyyətinə xas olan dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan 334 “ABAD”çının əl işi satışa çıxarılıb. Yenilənmiş etno-butikdə müasirliyin nəbzini hiss etmək, dəbdə, dizaynda, incəsənətdə aktual olan əl işlərini tapmaq mümkündür. Belə ki, burada həmçinin “ABAD” keramika mərkəzlərində istehsal olunan farfor və fayans servizlər, “ABAD” Masallı xalçaçılıq məktəbinin, “ABAD” Quba zərgərlik məktəbinin yetirmələrinin əl işləri ilə də tanış ola bilərsiniz.Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 5, regionlarda isə 4 etno-butik fəaliyyət göstərir:-       “ABAD” etno-butiki İçərişəhər filialı;-       “ABAD” etno-butiki “Fairmont” filialı;-       “ABAD” etno-butiki “Duty Free” filialı;-       “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;-       “ABAD” etno-butiki Dəmirçi kəndi filialı;-       “ABAD” etno-butiki Qəbələ filialı;-       “ABAD” etno-butiki Şəki filialı;-       “ABAD” etno-butiki Masallı filialı;-       “ABAD” etno-butiki Milli Gimnastika Arenası filialı (yalnız iri beynəlxalq yarışlar zamanı).


İsrail səfiri “ABAD”ın qonağı olub

14 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin və İsrailin ölkəmizdəki səfirliyinin nümayəndələri arasında görüş keçirilib.Görüşdə İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Dövlət Agentliyinin şöbə müdiri Əbdül Əliyev və digər şəxslər iştirak ediblər.Qonaqlara “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.Həmçinin bildirilib ki, “ABAD” bu günədək 467 sahibkara xidmət göstərib və onlardan 419-u hazırda “ABAD”çı kimi fəaliyyət göstərir. ”ABAD” öz fəaliyyətində səmərəliliyi artırmaq məqsədi ilə mütəmadi olaraq beynəlxalq qurumlar ilə əməkdaşlıq edir.Qonaqlara “ABAD”ın həyata keçirdiyi fəaliyyət, layihələr, həmçinin məhsullar barədə təqdimat edilib.Səfir “ABAD”ın yalnız Azərbaycan üçün deyil, həmçinin dünya təcrübəsində də yeni və perspektivli bir model olduğunu vurğulayıb və fəaliyyətdə uğurlar arzulayıb. Əməkdaşlıq çərçivəsində “ABAD”ın İsrail Dövlətində müvafiq sərgi və tədbirlərində təmsil olunması, Səfir, İsrail mütəxəsislərinin “ABAD”çılara təlim keçmək məsələsini nəzərdən keçirəcəklərini diqqətə çatdırıb.İsrail tərəfi mikro, kiçik və orta sahibkarlığa dəstək baxımından “ABAD” tərəfindən görülmüş işləri yüksək qiymətləndirərək müvafiq sahələr üzrə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.Sonda səfirlik əməkdaşlarına “ABAD” məhsulları hədiyyə olunub.


Geographical areas
Astara
Astara
Baku
Baku
Balakan
Balakan
Fuzuli
Fuzuli
Gabala
Gabala
Gadabay
Gadabay
Ganja
Ganja
Goychay
Goychay
Guba
Guba
Imishli
Imishli
Ismayilly
Ismayilly
Khachmaz
Khachmaz
Kurdamir
Kurdamir
Lankaran
Lankaran
Masally
Masally
Naxçıvan
Naxçıvan
Qazakh
Qazakh
Qusar
Qusar
Saatli
Saatli
Salyan
Salyan
Shabran
Shabran
Shamakhi
Shamakhi
Sheki
Sheki
Siazan
Siazan
Sumgayit
Sumgayit
Yevlakh
Yevlakh
Zagatala
Zagatala
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners