× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Babil Məmmədov | Region: İsmayıllı | Dəri aşılama
Babil Məmmədov
İsmayıllı rayonu, Lahıc qəsəbəsinin ən qədim sənətkarlıq sahələrindən biri də sərraclıqdır. Bu sahədə fəaliyyət göstərən sənətkarlardan biri də “ABAD”ın dəstək göstərdiyi Babil Məmmədovdur.

Tanınmış sərrac minik və yük heyvanları üçün dəri aksessuarları- yəhər, yüyən, palan toqqaları, qamçı hazırlayır.

O, hazırladığı əl işlərində yerli xammaldan istifadə edir. Əvvəllər məhsullarının satışını məhdud şəkildə həyata keçirən sənətkar ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edib.

“ABAD” Məmmədovlar ailəsinə işin genişləndirilməsi, satışların təşkili istiqamətində zəruri dəstək göstərib.

Babil Məmmədovun hazırladığı aksessuarlar yüksək keyfiyyəti ilə yanaşı, hər bir detala son dərəcə diqqətin ayrılması ilə fərqlənir.

Sənətkarın əl işləri xüsusilə də turistlər tərəfindən böyük maraqla qarşılanır.

Onun sözlərinə görə, “ABAD”ın dəstəyi İsmayıllıda sərraclıq sənətini yeni bir səviyyəyə çıxarmaqla yanaşı, sənətin sirlərini başqalarına da öyrətməyə həvəsləndirir.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar