ABADçı: İlqar Şirinov | Region: Bakı | Dəri məhsulları



“Atam, həkim stomatoloq, anam isə toxuculuq üzrə mühəndisdir. Ailə üzvlərim əsasən tibb işçiləridir. Lakin valideyinlərimin iş sahələrindən başqa xüsusi əl bacarıqları da olub. Atam qızıl məmulatları hazırlamaq üzrə bacarıqlıdır. Anam da “Uşaq yaradıcılıq mərkəzi”ndə bacarıqlı əllər dərnəyini idarə edib və məktəblilərə tədrisi ilə məşğul olub. Mən özüm də hər zaman yaradıcılığa can atmışam. Yeni ideyalar düşünmüşəm”.
Sənətkarımız “ABAD”a eksklüziv dəri aksesuarlarını təqdim edir:
“Əl işlərimdə yenilik tətbiq etdim. Milli ornamentlərlə təbii dəridən hazırladığım müxtəlif aksesuarların “ABAD” üçün maraq kəsb edəcəyini hesab etdim və yanılmadım”.
Onu da qeyd edək ki, İ.Şirinovun əl işləri həm xarici, həm də yerli alıcılar tərəfindən çox yüksək qiymətləndirilir. Siz də “ABAD” etno-butiklərinə buyurub ABADçımızın əl işləri ilə yaxından tanış ola bilərsiniz.