× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Sədiyyə Eldarova | Region: Bakı | Dəri məhsulları
Sədiyyə Eldarova

Sədiyyə Eldarova dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn fakültəsindən məzun olub.

“Əvvəllər bu fakültə “Toxuculuq və Tikiş Məmulatlarının Bədii Layihələndirilməsi” adlanırdı. Buradan məzun olduqdan sonra atama məxsus emalatxanada işləyib daha sonra İncəsənət Texnikumunda 2 il dərs demişəm. Ailə qurduqdan sonra artıq iş fəaliyyətimi dayandırdım. 3 övladım var. Lakin 5 ildir ki, sənətkarlıqla ev şəraitində məşğul oluram. Asudə vaxtlarımı dəyərləndirmək üçün yeni sahələri öyrənməyə başladım. Dəri üzərində naxışlamaya böyük həvəsim var. Şüşə, müxtəlif qablar üzərində dekorativ işləmələr etməklə məşğulam”.

Xalça naxışlarına uşaqlıqdan xüsusi marağı olan Sədiyyə xanım “ABAD”a naxışlı müxtəlif cüzdanlar, kiçik çantalar təqdim edir. Hazırda milli ornamentlərlə işlənmiş gödəkçələr, araxçınlar üzərində çalışır.

Qeyd edək ki, Sədiyyə Eldarovanın əl işləri “ABAD” etno-butiklərində təqdim olunur.


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar