× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Ruhiyyə Rəhimova | Region: Bakı | Rəssamlıq
Ruhiyyə Rəhimova
“ABAD”ın dəstəkləyidi Bakı şəhər sakini Ruhiyyə Rəhimova uşaqlıqdan rəssamlığa meyilli olub. Bu istək daim onu izləyərək, gələcək həyat fəaliyyətini müəyyənləşdirməsində mühüm rol oynayıb.

Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq ixtisası üzrə ali təhsil almış sənətkar öz əl işlərində Bakının və ölkəmizin digər görməli yerlərini canlandırır.

Ruhiyyə xanım Azərbaycan mədəniyyətinin incilərini, milli memarlığımızın ən gözəl nümunələrini, ölkəmizin gözəl mənzərələrini bu və ya digər əşyalar üzərində ustalıqla əks etdirir.

Lakin o, daha çox kiçik zinət əşyalarının saxlanılması üçün sandıqçalar hazırlamağa üstünlük verir.

Müxtəlif heyvan sümüklərindən hazırlanan bu sandıqçaların üzəri müxtəlif naxışlarla bəzədilir.

Ruhiyyə xanım deyir ki, onu bu sənətlə məşğul olmaqda məqsədi Azərbaycan mədəniyyəti, memarlıq incilərini əcnəbi turistlərə tanıtmaqdır.

Əvvəllər hazırladığı əl işlərinin satışını daxili imkanları hesabına həyata keçirən Ruhiyyə Rəhimova biznesini genişləndirmək üçün “ABAD”a müraciət edib.

“ABAD” sənətkara ailə biznesinin brendləşdirilməsi istiqamətində dəstək göstərərək, onun əl işlərinin “ABAD” sənətkarlıq mərkəzlərində satışlarını təşkil edib.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar