ABADçı: Arzu Məmmədov | Region: Bakı | Rəssamlıq
1970-ci
il təvəllüdlü Arzu Məmmədov Gədəbəy rayonunda anadan olub. Əzim Əzimzadə adına
Rəssamlıq məktəbinin, daha sonra isə İncəsənət Universitetinin Rəngkarlıq
fakültəsinin məzunudur.
“Mən
rəssamam, demək olar ki, rəssam doğulmuşam. Rəsm əsərlərimdən ibarət ilk sərgim
hələ məktəb vaxtlarımda Pionerlər evində keçirilib. O zaman Azərbaycan
dalğasında yeganə televiziya kanalı olan AzTV-də tez-tez rəssamlıq müsabiqələrdi
keçirilib yayımlanırdı və mən, altıncı sinif şagirdi onlarda iştirak edərək
müxtəlif yerlər tuturdum, bir çox mükafatlarla təltif olunurdum.”
A.Məmmədov
dediyinə görə, sənətinin inkişafında ustadları xalq rəssamları Nadir Qasimov və
Mikayıl Abdullayeva borcludur.
“Təhsilimi
bitirdikdən sonra uzun illər neft şirkətinin Mədəniyyət evində təlimçi-rəssam
kimi, sonra isə Tofiq İsmayılov adına yaradıcılıq mərkəzində müəllim kimi fəaliyyət
göstərmişəm.”
Hazırda
isə Arzu Məmmədov “ABAD”çıdır. “ABAD” etno-butiklərində Siz onun müxtəlif mövzularda
və hətta müxtəlif texnikalarda hazırlanmış əl işlərini əldə edə bilərsiniz:
“Neft
ilə çəkilmiş rəsm əsərlərim həm xarici turistlərdə, həm yerli əhali arasında
böyük rəğbət qazanıb. Bundan başqa keramika işləri, qrafika və rəngkarlıq üzrə
də əl işlərim satışa çıxarılır.”