ABADçı: Lalə Səmədova | Region: Bakı | Rəssamlıq
Lalə Səmədova
dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində dəstək alan “ABAD”çıdır.
Masallı
rayonunda anadan olan Lalə xanım, turizm və otelçilik üzrə ali təhsil alıb. O, epoksi
qətran vasitəsilə müxtəlif məhsullar hazırlayır və bu sənət növü ilə tanışlığı
barədə belə deyir:
"İlk dəfə
şəffaf mayedən hazırlanan təsbehlərlə qarşılaşanda onların gözəlliyi çox diqqətimi
çəkdi və onların hazırlanma qaydası barədə xarici mənbələrdə araşdırmalara başladım.
İlk dəfə, qəlibim olmadığı üçün məhsulları şirniyyat qəlibində hazırlamışdım. İlk
sifarişim isə epoksidən külqabı və domino oldu".
Lalə xanım, 2019-cu
ildə məhsullarının daha böyük kütləyə tanıdılması istəyi ilə "ABAD"a müraciət
edib. Onun bu sahə ilə bağlı arzularından biri “ABAD”la birgə yaratdığı brendini
inkişaf etdirmək, eyni zamanda bu sahədə bildiklərini öyrətmək üçün kurslar təşkil
etməkdir.
Qeyd edək ki, Lalə Səmədovanın əl işlərini “ABAD”
etno-butiklərindən əldə edə bilərsiniz.