ABADçı: Lalə Həziyeva | Region: Bakı | Rəssamlıq
Bakı şəhər sakini, “ABAD”çı
Həziyeva Lalə ilk
ali təhsilini jurnalistika sahəsində alsa da, sonradan öz arzusunun arxasınca
gedərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakültəsinə daxil olur və buranı fərglənmə
ilə bitirir.
“Uşaq
yaşlarımdan rəssamlığa meylli olmuşam, mən daim müxtəlif geyim eskizləri çəkirdim.
Məhz özümü bu sahədə gördüyümə görə də, ikinci təhsil almağa qərar verərək Rəssamlıq
Akademiyasına daxil oldum. Mən incəsənət adamıyam.
Akademiyanı
bitirdikdən sonra isə öz işimi qurdum. Mən keramika üzərində rəsmlər, portret
tabloları çəkirəm və həm də tələblərim var. İşlərimi onlayn formada satışa
çıxarıram və bir il öncə “ABAD” barədə eşitdim və fəaliyyəti ilə maraqlanmağa
başladım.
Beləliklə,
“ABAD”çı olmaq üçün müraciət göndərdim və lazımi prosedurlardan keçdikdən sonra
“ABAD”çı kimi fəaliyyətə başladım. “ABAD” mənim inkişafıma bir növ təkan verdi,
mən öz işimdə daha da peşəkarlaşdım. Artıq mən sadəcə ölkədaxilində deyil, həm
də xaricdən sifarişlər alıram. “
Gələcək
planları barədə danışan Lalə xanım bildirdi ki, o öz qalereyasını açmaq və
bununla yanaşı əl işlərinin dünyada tanındığını görmək arsusundadır.