× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Sevinc Yaftumova | Region: Bakı | Keramika
Sevinc Yaftumova
“ABAD” layihəsinin növbəti üzvlərindən biri də Bakı şəhər sakini Sevinc Yaftumovadır. O, dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsi üzrə fəaliyyət göstərir. Hələ uşaqlıqdan incəsənətə, rəssamlığa böyük marağı olan Sevinc xanımın bir peşəkar kimi yetişməsində nənəsinin böyük rolu olub.

O, özünün emalatxanasında tətbiqi incəsənətin bir çox nümunələrini uğurla yaradır. Onun yaradıcılığının mərkəzində milli üslubda hazırlanmış geyim və bəzək aksessuarları dayanır.

Bununla yanaşı, Sevinc xanım bədii tikmə sənəti və keramika rəssamlığı ilə də məşğuldur.

O, yaradıcılığının ayrı bir hissəsi kimi xarakterizə etdiyi bu fəaliyyətini qədim türk tayfalarının mədəniyyətinin təbliğinə həsr edir. Sevinc Yaftumova bu istiqamətdə hazırladığı işlərdə türk tayfalarının tamğalarını canlandırır.

Bununla yanaşı, onun önə çəkdiyi digər bir simvolika isə Azərbaycanın ən məşhur meyvəsi sayılan nardır.

Uğurun, dirçəlişin, kömək və mərhəmətin simvolu olan simurqu öz əl işləri olan bəzək əşyaları və aksessuarlarda təsvir edən Sevinc xanım alıcıların bu kimi əl işlərinə uğur gətirən bir əşya kimi baxdıqlarını söyləyir.

İstedadlı “ABAD”çımız həm də vitraj sənəti - şüşə üzərində xüsusi boyalarla rəsmlərin çəkilməsi ilə də məşğuldur.

Artıq 20 ildən çoxdur ki, fəaliyyətini İçərişəhərdəki emalatxanasında uğurla davam etdirən Sevinc xanım bu gün “ABAD” ilə əməkdaşlıq edərək, öz ailə biznesini daha da genişləndirməyi, şaxələndirməyi düşünür.

“ABAD” sənətkar Sevinc Yaftumovanın məhsullarının sənətkarlıq mərkəzlərində satışını təşkil edir, ona dizayn məsələləri ilə bağlı tövsiyyələr verir, hüquqi yardım göstərir.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar