ABADçı: Asim Abbasov | Region: Şəki | Dulusçuluq və Keramika
Asim Abbasov
Şəki rayonunun ziyalı ailəsində dünyaya gəlib. Valideyinləri, bacı və qardaşı
texniki elmlər mütəxəssisləridir. Uşaq yaşlarından kiçik Asimdə incəsənətə
meyil görən valideyinləri onu fizika-riyaziyyat və humanitar təmayüllü liseydə
oxutmaqla parallel Şəki Uşaq İncəsənət məktəbinində rəssamlıq üzrə dərs
almağına da şərait yaratmışdırlar.
“Ali təhsilimi
də elə incəsənət yönümlü davam etməyi qərar verdim. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin məzunuyam.
Magistr dərəcəsini də həmin universitetin Mədəniyyətşünaslıq ixtisası üzrə bitirmişəm.
Lakin bütün bu illər rəssamlıq fəaliyyətim ilə də aktiv məşqul olurdum”.
A.Abbasovun
dediyinə görə, rəssamlıq ailəminə “giriş kartını” o rəssam dostları ilə birgə “Artclub”
qalereya, emalatxana və kafe layihəsini təsis etdiyindən sonra qazandı. Burada
dövrümüzün bir çox tanınmış və yeni addımlar atan həm yerli, həm xarici rəssam,
heykəltaraş və incəsənət adamları üçün bir şəbəkə yaradıldı. “ABAD”la da həmçinin Asim bəy “Artclub” vasitəsi
ilə tanış oldu.
“ABAD”a
qoşulduğum zaman rəngkarlıq suvenirlərinin reallaşdırılması üzrə çalışırdım. Sonra
isə “ABAD” Şəkidə Keramika və Tətbiqi Sənət mərkəzi açdıqdan sonra burada
keramika ilə tanış oldum, keramika aləminin vurğunu oldum və yaradıcılığımı bu istiqamətə yönəltdim. Artıq bir
neçə ildir ki “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzinin daimi
rəssam-keramisti kimi çalışıram.
Gələcəkdə keramika sərgilərinin təşkili ilə mədədiyyətimizin bu sahələrini
dünyaya tanıtmaq və sevdirmək niyyətindəyəm.”