× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Təhminə Seyidzadə | Region: Bakı | Dulusçuluq və Keramika
Təhminə Seyidzadə

Keramika sənətinin vurğunlarından biri də ABADçı Təhminə Seyidzadədir. Təhminə xanım Naxçıvan MR-da doğulub, hazırda isə Bakı şəhəri sakinidir. Təhsilini biznes idarəetməsi üzrə alıb, lakin 4 ildən çoxdur ki, təhsil aldığı istiqamət üzrə deyil, keramika sənəti ilə həyatını davam etdirir:

“Atam rəssam olub, qardaşım da həmçinin rəssam-memardır. Rəssamlığa sevgim də elə onların əl işlərinə baxaraq yarandı. Məhz bu işlə məşğul olmaq istədiyimi dərk etdikdən sonra keramika sənətini daha dərindən öyrənməyə başladım. Həm ölkəmizdə, həm də xaricdə bir sıra kurslarda, təlimlərdə iştirak etmişəm. Hazırda da kiçik sahibkarlıqla məşğulam. Sahibkarlıq fəaliyyətimdə MBA biliklərim də mənə, təbii ki, böyük yardımçı oldu”.

Təhminə Seyidzadə artıq uzun müddətdir ki, ABADçıdır. “ABAD”la ilk tanışlığı sərgilərdən birində baş tutub. Orada məlumat aldıqdan sonra qoşulmağa qərar verib.  

T.Seyidzadənin üzərində milli naxışlar olan, adət-ənənələrimizi əks etdirən müxtəlif qablari “ABAD” etno-butiklərində alıcıların böyük marağına səbəb olur. Bununla kifayətlənməyən ABADçı gələcəkdə keramik aksessuarlar, xüsusən də qolbağılar hazırlayıb dünyada məşhurlaşmaq istəyir.


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar