× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Gülnarə Mahmud | Region: Bakı | Rəssamlıq
Gülnarə Mahmud
“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi rəssam sənətkarlarından biri də Bakı şəhər sakini Gülnarə Mahmuddur. Gülnarə xanım bir peşəkar rəssam kimi yetişməsinə səbəb valideynlərinin də rəssamlıq qabiliyyətinin olmasında görür.

Hələ uşaq yaşlarından bu sənətə həvəs göstərən Gülnarə xanım ali təhsilini də rəssamlıq üzrə alıb.

Mədəniyyətimizin milli üslubu və koloritini daim qoruyub saxlayan Gülnarə xanım qobelen, xalça eskizləri, həmçinin müxtəlif taxta fiqurları üzərində rəsm əsərləri yaradır.

Hər bir sənətkarın öz əl işlərində mövzu baxımından götürdüyü əsas süjet xətti olduğu kimi, Gülnarə xanım da öz əl işlərində əsasən, qarışıq texnikadan istifadə edir, həmçinin məhsullar üzərində Qobustan qayaüstü rəsmlərini təsvir etməyə üstünlük verir.

Gülnarə Mahmudun “ABAD” publik hüquqi şəxsə qoşulmaqda əsas məqsədi məhsullarının satış bazarını genişləndirməkdir.

Hazırda onun zərif əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar