ABADçı: Ülviyyə Şahverdiyeva | Region: Bakı | Bədii gəlinciklər
ABADçımız Ülviyyə Şahverdiyeva gəlinciklərini parçadan hazırlayır. Uşaqlıqdan rəssamlıq, toxuma, bədii tikişlə məşqul olan xanım-sənətkar, gəlincikləri 5 ildir ki, hazırlayır:
“Atam rəssam olub, lakin şəkil çəkməkdən başqa hər hansı bir əşyanı art obyektinə çevirməyi sevirdi. Sənətə marağım onun işlərinə baxmaqla yarandı. Təhsilimi düzdü başqa istiqamətdə aldım, həm mühasiblik, həm pedaqoji sahə üzrə diplomlarım var. Amma indi sənət üzrə dərs keçirəm. Yəni pedaqojı bacarıqlarımı istifadə edirəm”.
“Kukla sənətini o nadir sənətlərdəndir ki, orada bütün bacarıqlarımı istifadə edə bilirəm, həm toxuculuq, həm rəssamlıq və s. Kuklalarımı da çox sevirəm. Bilirəm ki, “ABAD”da da onları sevirlər, alıcılar da həmçinin
Ü.Şahverdiyevanın gəlinciklərini “ABAD” satış mərkəzlərində əldə edə bilərsiniz.