ABADçı: Lalə Mustafayeva | Region: Bakı | Bədii gəlinciklər
Uşaqlıq illərindən yaradıcılığa olan marağını hiss edən Lalə xanım qeyd edir:
“Yadımdadır ki, valideynlərimin mənə aldığı plastinlərlə müxtəlif dekorativ fiqular hazırlayırdım, lakin bu mənim ailəmin narazılığına səbəb olurdu. Bütün bunlara baxmayaraq, mən istəyimin arxasınca getdim, bu sahə üzrə işlərimi davam etdirərək, bir çox uğurlara imza atdım”.
Sənətkar Azərbaycan mədəniyyətinin müxtəlif dövrlərinə aid geyim üslublarını araşdırır, hazırladığı əl işlərində tarixin müxtəlif mərhələlərini əks etdirən naxışlara, eskizlərə üstünlük verir.
O, dekorativ-tətbiqi xalq sənətkarlığının digər sahələrinə də maraq göstərir, təbii daşlardan boyunbağılar, mücrülər, boxçalar, eyni zamanda qurama hazırlayır.
Lalə Mustafayeva hazırladığı zərif əl işlərinin satışını təşkil etmək işində dəstək almaq üçün “ABAD”a müraciət edib.
Hazırda Lalə Mustafayevanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.