× About us Beneficiaries Products Centers News Contact ABAD Karabakh Join ABAD
"ABAD" beneficiary: Eduard Şamaryayev | Region: Baku | Goldsmithing
Eduard Şamaryayev
“ABAD” layihəsi çərçivəsində dəstək alan əsas sənətkarlıq sahələrindən biri də zərgərlikdir. Bakı şəhər sakini Eduard Şamaryayev “ABAD”ın zərgərlik istiqaməti üzrə dəstək göstərdiyi sənətkarlardan biridir.

Hüquqşünas ailəsində böyüməsinə baxmayaraq, Eduard daima sənətkarlığa maraq göstərib.

Eduard gənc yaşlarından taxta üzərində oymaçılıq, rəssamlıq kimi sənətkarlıq sahələri ilə maraqlanıb, onlara uğurla yiyələnsə də, əsas arzusu zərgərlik olub.

3 il ərzində zərgərliyin əsas incəliklərinə nəzəri və praktiki cəhətdən yiyələnən Eduard öz aktivliyi və bacarığı ilə seçilərək, təhsil aldığı kolleci bitirdikdən sonra elə oradaca müəllim kimi çalışmağa başlayıb.

Eduard Şamaryayev hazırda öz emalatxanasında şagirdləri ilə birgə əsrarəngiz zərgərlik nümunələri hazırlayır.

Bu əl işləri Azərbaycan mədəniyyətinin əsrlər boyu özündə qorunduğu milli ornamentləri, eləcə də, müasir dünya mədəniyyətinin ən incə zərgərlik nümunələrini özündə əks etdirir.

Eduard Şamaryayevin əl işləri bir çox ölkələrdə yüksək səviyyəli sərgilərində təqdim olunur.

O, “ABAD”a qoşularaq, fəaliyyətini daha da genişləndirmək niyyətindədir:

“Bu gün “ABAD” və onun timsalında digər dövlət qurumlarının sənətkarlığa verdiyi dəyər və qiyməti çox yüksək qiymətləndirirəm. Bu biz sənətkarları həm gələcəkdəki daha məhsuldar fəaliyyətimizə həvəsləndirir”.

Eduard Şamaryayevin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 


Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners
Partners