× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Gülnarə Bəkirova | Region: Astara | Toxuculuq
Gülnarə Bəkirova
Qəbələ rayon sakini Gülnarə Bəkirova daha bir ABADçı ailənin üzvüdür. Gülnarə xanımın valideynləri də sənətkardır. Atası Firudin Bəkirov kiçik çay daşlarından kompozisiyalar hazırlayır, anası Fatma xanım isə toxucudur. Gülnarə xanım da anası kimi müxtəlif oyuncaqlar, geyimlər və aksesuarlar toxuyur:

“Mili əlimə 5 yaşımda götürdüm və o vaxtdan əlimdən heç buraxmıram. Uşaqlıqda anam gözümə ziyan olmasın deyə toxumağa icazə vermirdi, mən isə gizlin toxuyurdum, anamın əlinə baxa-baxa öyrənirdim”.
Gülnarə xanım bu peşənin mütəxəssisi olması üçün modelyer-dizaynerlik üzrə ali təhsil alıb. Artıq özü toxuma sxemləri tərtib edə bilir.
Söhbətimiz əsnasında G.Bəkirova “ABAD”a qoşulmağın üstün cəhətlərini də qeyd etdi:
“Anam əlildir, fiziki məhdudiyyətləri var. “ABAD”a ailəcə qoşulmağımız da elə bu səbəbdən baş verdi. Çünkü biz toxuyurduq, kompozisiyalar yaradırdıq, lakin satışını həyata keçirə bilmirdik. “ABAD” isə bizə bu şansı verdi, stabillik yaratdı”.
Gələcəklə bağlı planlarından ağız dolusu danışan xanım-sənətkar onu da söylədi ki, arzusu şəxsi atelye-mağazaya sahib olmaqdır:
“Təsəvvür edin, bir tərəfi atelye, digər tərəfi toxunma geyimlər, gəlinliklərdən tutmuş üst geyim və aksesuarlar”.
Gülnarə Bəkirovanın əl işləri ilə “ABAD” etno-butiklərində daha yaxından tanış ola bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar