× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Teresa Hamlin | Region: Qusar | Toxuculuq
Teresa Hamlin
“ABAD” tərəfindən dəstəklənən Teresa Hamlin əslən amerikalıdır. 12 ildir ki, Azərbaycanda yaşayan və işləyən Teresa Hamlin Qusarda “Azerbaijanisocks” adlı şirkət yaradıb.

“İxtisasca müəlliməyəm. Qusarda, Şahdağda işləmişəm. Elə orada çalışdığım müddətdə bu ailə biznesinə başlamışam. Atam və anam Qusara, məni ziyarət etməyə gəlmişdilər. Orada anama yerli toxunma corab hədiyyə etdilər. Onu geyindi, bir müddət sonra cırıldı, və anam corabı yenidən tikib geyindi. Mənə zəng edib həmin corablardan istədi. Amerikadakı digər dostlarım da bu məhsulları bəyənmişdilər. Beləliklə, bu corabın istehsalını artırmaq üçün şirkət qurmaq qərarına gəldim. İndi 20-yə yaxın toxucu ilə işləyirəm”.

Teresa Hamlin deyir ki, onun rəhbərliyi altında Qusardan olan toxucu qadınlar yerli ləzgi corabları, uzun corablar, toxunma suvenirlər, əlcəklər, gəlinciklər, dekorativ corablar hazırlayırlar.

Müəllimlikdən biznesə keçidini isə o, belə şərh edir:

“Məncə bu sahə özü məni seçib. Bir neçə ildir ki, ingilis dilini tədris edirdim və artıq yorulmuşdum. Bu sahəyə marağım daha üstün gəldi və özümə biznes qurdum”.

Teresa xanım deyir ki, məhsullarını yalnız xaricdə satır:

“Mən istəyirəm satış bazarım genişləndirim, toxucularım daha çox qazansınlar. Mənim məhsullarım Fransada Azərbaycan mədəniyyəti günlərinə həsr olunmuş sərgidə də iştirak edib və satılıb. “ABAD”ın sayəsində daha çox gəlir əldə edəcəyimi düşünürəm”.

Teresa Hamlin həmçinin “ABAD” sənətkarlıq mərkəzlərinin fəaliyyəti haqqında fikirlərini də bölüşüb:

“Mən sizin mərkəzlərdə olmuşam, sənətkarlar üçün böyük şərait yaradılıb. Mən özüm xaricə gedərkən dostlarıma hədiyyə almaq istəyirəm. Lakin bir çox hallarda yerli, keyfiyyətli məhsul tapmaq olmur. “ABAD” sənətkarlıq mərkəzləri isə əla layihədir, çox bəyənmişəm”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar