× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: İlhamə Əliyeva | Region: Bakı | Toxuculuq
İlhamə Əliyeva
“İçərişəhər”də fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində azyaşlılar üçün də müxtəlif əl işləri təqdim olunur. Mərkəzdə Azərbaycanın xalq nağıllarının qəhrəmanlarını əks etdirən kiçik rəsmlər, oyuncaqlarla yanaşı, müxtəlif toxuculuq məmulatları da yer alır.

Bu istiqamətdə fəaliyyət göstərən “ABAD”çılarımızdan biri də iqtisadiyyat sahəsində təhsil almasına baxmayaraq, daim sənətkarlığa meyl göstərmiş İlhamə Əliyevadır.

20 ildir ki, toxuculuqla məşğul olan İlhamə xanım uşaqlar üçün müxtəlif suvenirlər, kiçik çantalar hazırlayır. O, əl işlərinin tərtibatını özü müəyyənləşdirir.

İlhamə xanım deyir ki, bir müddət əvvəl hazırladığı məhsulları mağazalardan birinə satış üçün təqdim etsə də, həmin məhsulları orada xaricdən gətirilmiş kimi göstəriblər.

Hazırladığı əl işlərinin satışının təşkili və bu zaman müəllifliyinin qorunması üçün İlhamə xanım “ABAD” publik hüquqi şəxsə müraciət etmək qərarına gəlib.

Bu gün İlhamə xanımın “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılan hər bir əl işinin üzərində onun müəllifi haqqında məlumatın yer aldığı kitabça yerləşdirilib.

“ABAD”ın sayəsində satış və müəllifliklə bağlı çətinliklərin aradan qalxdığını söyləyən sənətkar çalışdığı sahədə daha yüksək uğurlara can atdığını, bu sənəti gənclərə də öyrətmək istədiyini söyləyir.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar