ABADçı: Çinarə Məmmədova | Region: Bakı | Toxuculuq
Azərbaycan xalqının qədim sənət və peşələrindən biri toxuculuqdur.
Qadınların daha çox cəlb olunduğu bu sənət sahəsinin davamçıları bu gün də öz peşələrini inkişaf etdirməkdədirlər.
Ölkəmizdə tanınmış toxuculardan biri də “ABAD” ilə əməkdaşlıq edən Çinarə Məmmədovadır.
Uşaq yaşlarından sənətkarlığa böyük həvəsi olan Çinarə xanım əvvəlcə bədii tikmə ilə məşğul olmağa başlayıb.
Bu sahədə yüksək nəticələr əldə edən sənətkarımız hazırda müxtəlif suvenirlərin, milli hədiyyələrin hazırlanması ilə məşğuldur.
Hazırlanan əl işlərinin üzərinə milli naxışların vurulmasına xüsusi önəm verilir.
Ailəsində toxuculuq ənənələrinin qədim köklərə malik olduğunu bildirən Çinarə xanım, məşğul olduğu sahədə daha yüksək uğurlara çatmaqda israrlıdır.
Bu gün onun “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılmış əl işləri arasında müxtəlif çantalar, səbətlər, mücrülərlə qarşılaşmaq olar.