ABADçı: Babil Məmmədov | Region: İsmayıllı | Dəri məhsulları
Tanınmış sərrac minik və yük heyvanları üçün dəri aksessuarları- yəhər, yüyən, palan toqqaları, qamçı hazırlayır.
O, hazırladığı əl işlərində yerli xammaldan istifadə edir. Əvvəllər məhsullarının satışını məhdud şəkildə həyata keçirən sənətkar ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edib.
“ABAD” Məmmədovlar ailəsinə işin genişləndirilməsi, satışların təşkili istiqamətində zəruri dəstək göstərib.
Babil Məmmədovun hazırladığı aksessuarlar yüksək keyfiyyəti ilə yanaşı, hər bir detala son dərəcə diqqətin ayrılması ilə fərqlənir.
Sənətkarın əl işləri xüsusilə də turistlər tərəfindən böyük maraqla qarşılanır.
Onun sözlərinə görə, “ABAD”ın dəstəyi İsmayıllıda sərraclıq sənətini yeni bir səviyyəyə çıxarmaqla yanaşı, sənətin sirlərini başqalarına da öyrətməyə həvəsləndirir.