× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Günel Ravilova | Region: Bakı | Rəssamlıq
Günel Ravilova
Bakı şəhərinin sakini Günel Ravilova tanınmış rəssam nəslini təmsil edir.

“Anam və atam rəssam olublar. Eyni zamanda babam Əliəşrəf Məmmədovun mozaikaları bu gün də Bakı şəhərinin müxtəlif yerlərini bəzəyir. Belə bir ailədə böyüməyim əlbəttə ki, mənim gələcək həyatıma böyük təsir göstərdi”.

Məşhur rəssam Toğrul Nərimanbəyovdan dərs alan Günel xanımın əl işləri həm ölkə daxilində, həm də xaricdə nümayiş olunub.

Günel Məmmədova hazırladığı kiçik rəsm əsərləri və müxtəlif bəzək əşyalarınının satışının təşkilində dəstək üçün “ABAD”a müraciət etdiyini deyir:

“Çox istərdim ki, əl işlərim dünyada tanınsın. Əcnəbi turistlər mənim hazırladığım suvenirləri çox bəyənirlər. İnanıram ki, “ABAD”ın sayəsində əl işlərim dünyanın bütün guşələrinə yayılacaq”.

Qeyd edək ki, Günel Ravilovanın hazırladığı nəfis aksessuarlarla “ABAD” sənətkarlıq mərkəzlərində tanış olmaq mümkündür.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar