× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Humay Abdullayeva | Region: Bakı | Dulusçuluq və Keramika
Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva Humay Abdullayeva
Dulusçuluq Azərbaycanda və eləcə də dünyada ən qədim sənət növlərindən sayılır. “ABAD”çımız Humay Abdullayeva həvəsini dekorativ-tətbiqi sənətin məhz bədii keramika növünə salıb. O, artıq 3 ildən çoxdur ki, bu işlə yaşayır və yaradır.

Humay Abdullayeva keramika sənətini Rəssamlıq Akademiyasına qəbul olarkən seçib və orada digər “ABAD”çımız Mir Teymur Məmmədovu tanıyıb:

“Mir Teymur müəllimi tanımaqla bu sənətə sevgim daha da artdı. O, mənim sənətə olan fəlsəfi baxışlarımı dəyişdi. Sənətin çərçivəsi yoxdur. Fantaziyanızın uçuşu nə qədər yüksək olarsa, əldə etdiyiniz məhsulun özəlliyi də bir o qədər yüksək olar. Mən artıq hiss etdiklərimi əl işlərimdə reallaşdıra bilirəm”.

Humay Abdullayeva Mir Teymur Məmmədovun nəzarəti altında keramikadan heykəllər, müxtəlif kompozisiyalarda dekorativ əşyalar hazırlayır:

“Məhsulların üzərində naxışlar əks etdirməyi daha çox sevirəm. Onların simmetriyası daxilimdəki harmoniyaya uyğundur. İstəyirəm ki, keramika sənəti Azərbaycanda çox inkişaf etsin. İnanıram ki, “ABAD”ın bu işdə töhfələri yüksək olacaq və mənim də bu sənətin inkişafında izim qalacaq”.

H.Abdullayeva “ABAD”dan əvvəl məhsullarını geniş kütləyə tanıtmağın yolları haqqında çox düşünüb, çıxış yolu axtarmağa çalışdığını deyir:

“Sənətim onsuzda çətindir, gözümün bəbəyi quruyanadək çalışıram, üstəlik satışı həyata keçirməyi düşünmək isə əlavə çətinlik yaradır. Sağ olsun “ABAD”, indi bu çətinlikdən azadam. Sənətimdən aldığım mənəvi rahatlığa heç nə mane olmur”.

Qeyd edək ki, Humay Abdullayevanın hazırladığı müxtəlif əl işlərini “ABAD” sərgi-satış mərkəzlərində əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar