× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

“ABAD” Heydər Əliyev Beynəlxalq Hava Limanında

İyunun 8-də “Azərbaycan Hava Yolları” QSC və “ABAD” publik hüquqi şəxsin əməkdaşlığı çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb. Qeyd edək ki, Beynəlxalq Hava Limanının “Duty Free” zonasında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzi sayca ikincidir. Birinci belə mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yaradılıb və mart ayının 18-də fəaliyyətə başlayıb. Azərbaycana səyahət edən turistlərin “ABAD” tərəfindən təqdim olunan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinə olan yüksək marağı nəzərə alaraq, növbəti mərhələdə ikinci belə bir sənətkarlıq mərkəzinin yaradılması zərurəti yaranıb. Mərkəz xüsusi dizayn əsasında hazırlanıb və divarları şəbəkə ilə işlənilib, işıqlandırılma sistemi quraşdırlıb. Mərkəzdə Azərbaycanın ən müxtəlif regionlarından nəfis əl işləri, bal və mürəbbə kimi turistlərin böyük maraq göstərdiyi ərzaq məhsulları təqdim olunur. Burada təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir. Hazırda “İçərişəhər” və Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzlərində 115 ailənin 1479 adda 4500-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. 


“ABAD” təlim proqramı elan edir

“ABAD” publik hüquqi şəxsi dekorativ-tətbiqi xalq sənətkarlığının suvenir xalçalar sahəsi ilə məşğul olmaq istəyənlər üçün təlim proqramı elan edir. Dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsi “ABAD”ın prioritet fəaliyyət istiqamətlərindəndir. Sənətkar ailələrinə göstərilən dəstək çərçivəsində “İçərişəhər” və Heydər Əliyev Beynəlxalq Hava limanında “ABAD” tərəfindən dəstəklənən 120-dən artıq ailənin müxtəlif əl işlərinin sərgi-satışı təşkil olunub. “ABAD”ın dəstəklədiyi dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində mühüm istiqamətlərdən biri də suvenir xalçaların hazırlanmasıdır. Bu gün ölkəmizə səfər edən turistlər kiçik suvenir xalçaların alınmasına böyük maraq göstərirlər. Belə milli məhsullara olan tələbatı nəzərə alaraq “ABAD” suvenir xalçaçılıq sahəsində fəaliyyət göstərmək istəyən ailələr üçün təlim proqramına başlayır. Təlim çərçivəsində gələcək sənətkarlara suvenir xalçaların hazırlanması, ilmələrin vurulması ilə yanaşı, xalçaçılıq sənətinin tarixi də öyrədiləcək. Proqramı uğurla bitirmiş sənətkarların məhsullarının satışı “ABAD” tərəfindən təşkil olunacaq. Təlim proqramında iştirak etmək istəyən şəxslər özləri haqqında məlumatı info@abad.gov.az elektron poçt ünvanına göndərə bilərlər.


“ABAD” Masallı və Balakəndə ailə təsərrüfatlarına dəstək oldu

Ulu Öndərin anadan olmasının növbəti ildönümü ərəfəsində “ABAD”ın Masallı və Balakən rayonlarında fəaliyyət göstərən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Bu monoblok-konteynerlərdə pendir, cem və mürəbbə məhsullarının istehsalı üçün bütöv istehsal xətti yaradılıb. Avadanlıqlar əvvəllər kustar üsulla ərsəyə gələn məhsulların bütün standartlara cavab verən şəraitdə hazırlanmasına imkan verir. Bundan başqa, “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işləri də həyata keçirilir. “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı “ABAD” tərəfindən təşkil olunur. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib. İndiyədək “ABAD” tərəfindən Masallı və Balakən rayonlarında 12 ailə təsərrüfatına monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. Hazırda “ABAD”a müraciət etmiş digər ailə bizneslərinə müvafiq dəstək göstərilməsi istiqamətində işlər davam edir.


Türkiyənin Azərbaycandakı səfiri “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub

14 aprel 2017-cil tarixində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzi ilə tanış olub. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov qonağa “ABAD” publik hüquqi şəxs tərəfindən yaradılmış sənətkarlıq mərkəzi haqqında məlumat verib. O bildirib ki, mərkəz “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiyası Agentliyinin (TİKA) sosial layihələrə dəstəyi çərçivəsində qurulub. İnam Kərimov qeyd edib ki, sənətkarlıq mərkəzində Azərbaycanın müxtəlif regionlarından olan sənətkarların əl işlərinin sərgi-satışı təşkil olunub. Bildirilib ki, fəaliyyətə başladığı ilk gündən böyük turist axını ilə qarşılaşmış mərkəzdə təqdim olunan milli suvenirlərinin hər birinin üzərində onu hazırlayan ailə haqqında məlumat verilir. Bundan başqa, quraşdırılmış monitorlarda həmin əl işlərinin hazırlanma prosesi əks olunur. Səfir Erkan Özoral “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyətini müsbət qiymətləndirərək, fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə səfir Erkan Özorala, həmçinin “TİKA”nın Bakı proqram koordinatoru Adəm Urfaya “ABAD”a qoşulmuş sənətkarların hazırladıqları milli suvenirlər təqdim olunub.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar