× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu
29.12.2019
“DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu

Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən “Art Tower” qalereyasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin və ADA Universitetinin təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu.

Sərgi təşkilatçı qurumların rəsmi nümayəndələrinin giriş nitqi ilə açıq elan edildi. Qeyd olundu ki, layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir.

Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və karton  fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri yerləşdirildi. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdirdilər.

Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" layihəsi çərçivəsində uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə edildi.

Xatırladaq ki, “DrinkART: bir fincan incəsənət” layihəsi davam edir. Üzərində rəsm çəkilmiş fincanları İçərişəhərdə yerləşən “ABAD” etno-butikində əldə edərək “ASAN Məktub” layihəsinə dəstək ola bilərsiniz.  

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar