× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“ABAD” sağlamlıq imkanları məhdud insanlara dəstək göstərəcək
11.04.2017
“ABAD” sağlamlıq imkanları məhdud insanlara dəstək göstərəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə qeyd olunan gənclərin peşə reabilitasiyasının təşkili üçün yaradılmış şəraitlə, onlara göstərilən xidmətlərlə, peşə təlimlərinin keçirildiyi sinif otaqları və emalatxanalarla, peşə reabilitasiyasına cəlb olunmuş gənclərin əl işləri ilə tanış olublar.

Tanışlıq zamanı sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin cəmiyyətə təqdim olunması və satışının təşkilinə köməklik göstərilməsində, bununla həmin gənclərin öz əməkləri ilə gəlir əldə etmələrinə şərait yaradılmasında “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunmasına dair fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərin bir istiqaməti də ailə əməyinə əsaslanan təsərrüfatların yaradılmasının dəstəklənməsi, ailə biznesinin inkişafına geniş şərait yaradılmasıdır.

Dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına başlanılması və 23 sentyabr 2016-cı il tarixli Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasını şərtləndirib:

“Özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan təlim kursları cari ilin fevral ayının ortalarında başa çatdırılaraq, onlardan uğurlu biznes planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatına başlanıb. 01 aprel 2017-ci il tarixə artıq 25 rayon üzrə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə özünüməşğulluq fəaliyyətini qurmaları üçün aktivlərlə təmin olunub”.

Nazir bildirib ki, verilmiş aktivlər hesabına yaradılmış ailə təsərrüfatları əsasən istehsalyönümlü fəaliyyət üçün nəzərdə tutulublar:

“Həmin insanların bu sahədə fəaliyyətlərinin inkişaf etdirilməsində, istehsal etdikləri məhsulun sertifikatlaşdırılması və satışının təşkilində, həmçinin peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satışına dəstək verilməsində və s. işlərdə “ABAD” mərkəzlərinin imkanlarından istifadə olunması məqsədəuyğundur”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” mərkəzlərinin sosialyönümlü layihələrinin icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın xüsusi önəmini diqqətə çatdırıb.

İ.Kərimov həmçinin özünüməşğulluq proqramı çərçivəsində yaradılan istehsalyönümlü ailə təsərrüfatlarının inkişafında, aztəminatlı ailələrin biznes imkanlarının genişləndirilməsində “ABAD” mərkəzləri tərəfindən dəstək veriləcəyini, digər bir sıra sahələrdə nəzərdə tutulan əməkdaşlığın da sosial sahədə vacib məqsədlərə nail olunmasına hesablandığını qeyd edib.

Daha sonra Səlim Müslümov və İnam Kərimov “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD” mərkəzlərinin fəaliyyətində qarşılıqlı əməkdaşlığa dair Memorandumu imzalayblar.

Memorandumda əməkdaşlıq istiqamətlərindən biri kimi özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaradılmış fərdi təsərrüfatların istehsalyönümlü fəaliyyətlərinin inkişaf etdirilməsi məqsədilə “ABAD” mərkəzləri tərəfindən müqavilələr əsasında müasir texnoloji istehsal avadanlıqlarının təqdim edilməsi, brendinq, dizayn, maliyyə-mühasibatlıq və hüquqi yardım xidmətlərinin göstərilməsi, bu təsərrüfatlarda istehsal olunan məhsulun sertifikatlaşdırılması, daşınması və satışının təşkilinə dəstəyin göstərilməsi yer alıb.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar