× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı ailələrin məhsulları “Bravo” supermarketlər şəbəkəsində
16.09.2017
ABADçı ailələrin məhsulları “Bravo” supermarketlər şəbəkəsində

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb.

Belə ki, “ABAD”çı ailələrin məhsullarını “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketində və Xaqani 26/32 ünvanında (keçmiş “Tahir 97” mağazası) fəaliyyət göstərən “Bravo ekspress”dən əldə etmək mümkündür.

Təqdim olunan cem və mürəbbə məhsulları Masallı və Balakən rayonundan olan “ABAD”çı ailə təsərrüfatları tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və dizayn altında təqdim olunur.

İlkin mərhələdə satışa çıxarılmış mürəbbə brendləri aşağıdakılardır:

“Balməkan”, “Dənə-dənə” , “Yay səbəti” , “Bağımızın bəhrəsi”, “Budaqdan”, “Bal kimi”, “Meyvə bağı”.

Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatları tərəfindən təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi nəzərdə tutulur.

Belə ki, “Kəndli”, “Bizim nemət” brendləri altında kolbasa, “Şərəfə”, “Hənifə” brendləri altında pendir məhsulları satışa çıxarılacaq.

“ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və tərkibində heç bir kimyəvi qatqı yoxdur. Bu məhsullar ailə təsərrüfatlarına “ABAD” tərəfindən təqdim olunmuş avadanlıqlardan istifadə etməklə hazırlanıb. Hər bir məhsul müvafiq qaydada yoxlamadan keçərək, uyğunluq və gigiyena sertifikatları alıb.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb.

Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

“ABAD” pilot layihə olaraq, Masallı və Balakən rayonlarında fəaliyyət göstərir.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar