× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Oqtay Qəniyev | Region: İsmayıllı | Təbii bal
Oqtay Qəniyev Oqtay Qəniyev Oqtay Qəniyev
Arıçılar ailəsində doğulan ABADçı Oqtay Qəniyev 20 ildir ki, arıçılıqla məşquldur. Atasından dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Brovdal kəndində qalan arı təsərrüfatı onun da peşə yerinə çevrilib.

“Gəncliyimdə mal-qara ilə məşqul idim, lakin atamın yaratdığı təsərrüfat dağılmasın deyə, bu işin sükanını öz öhtəliyimə götürdüm”.

Qəniyevlər ailəsinin yığdığı çiçək balı gəvən, kəklilotu kimi yüksək dağlıqda bitən çiçəklərin nektarının balıdır:

“Arıya nə lazımdır? Təbiət qorunsun, çiçəklər bol olsun... Əvvəl təsərrüfatı genişləndirməyə ehtiyyac yox idi, bazara çıxmaq mümkünsüzlüyündən bu ideyadan vaz keçmişdik, yalnız ailəmiz üçün bal hazırlayırdıq. Lakin burada “ABAD” yardım oldu. Butün xidmətləri ilə bizə böyük dəstək verir, bizə isə arı ailələrinin sayını artırmaq düşür”.

O.Qəniyevin dediyinə görə arı ailələrinin sayı 110-120-yə çatdıqda, onlardan 2 tona yaxın məhsul almaq mümkün olacaq.

Qeyd edək ki, Qəniyevlər ailəsinə dəstək "ABAD"ın BMT-nin İnkişaf Proqramı və Qlobal Ətraf Mühit Fondu ilə birgə olan “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” layihəsinin çərçivəsində baş tutub.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar