× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Cavid Kərimov | Region: Bakı | Təbii bal
Cavid Kərimov
Cavid Kərimov 20 illik arıçılıq təsərrüfatı təcrübəsinə malik olan ailədə göz açıb.

Yetkinlik yaşına çatdıqdan sonra Cavid bəy da bu sahə üzrə ailə təsərrüfatını davam etməyə qərar verib.

“Əsas təcrübə və biliklərim biznesin inkişafı üzrə ixtisaslaşdığına görə, arıçılıq sahəsində olan təcrübədən yararlanıb, təsərrüfatımızın korporativ inkişaf istiqamətində yeni mərhələsinə qərar verdim”.

Beləliklə, 2015-ci ildə Cavid bəy rəhbərliyi atında “Kercom” şirkəti yaranır:
“Şirkətimiz Mr.Bee brendi altında bal və arıçılıq məhsullarının istehsalı və satışı ilə məşğuldur. Məhsullarımız Zaqatala-Balakən bölgəsində istehsal olunur”.

Artıq bir neçə aydır ki, Cavid bəy yaratdığı bal brendi ilə ABADçılar siyasına daxil olub:

“Cənab Prezidentin sərəncamı ilə həyata keçirilən Ailə Biznesinə Asan Dəstək layihəsi ailə təsərrüfatları və kiçik sahibkarlığın inkişaf etdirilməsi yolunda atılan digər addımlar, əlbəttə ki, bizə də öz müsbət təsirlərini göstərməkdədir. Bu baxımdan, məqsədyönlü şəkildə “ABAD”la uzunmüddətli əməkdaşlığa başladıq. Nəticədə biz də “ABAD” ailəsinin bir üzvü olduq”.

Bundan başqa Cavid bəy “ABAD”la əməkdaşlığın geniş perspektivlərindən danışır:

“ABAD”ın dəstəyi ilə yeni məhsulların sertifikatlaşdırılması, qablaşma prosesinin təşkili, satış imkanlarımızın inkişafına istiqamətlənib. “ABAD”a qoşulmadan əvvəl market və individual satış kanalında fəaliyyət göstərirdik. “ABAD” öz satış nöqtələri ilə turistik zonalarda satışın artmasına dəstək verir. Həmçinin “ABAD” korporativ satışın və biznes əlaqələrinin genişləndirilməsində dövlət səviyyəsində dəstəyini verməkdədir”.

“ABAD”dan gözləntilərindən söhbət açan Cavid bəy “ABAD”ın onun şirkətinin böyüməsində, inkişafında, biznes əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacağından əminliyini bildirib.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar